İRNA-nın Əl-Cəzirə telekanalına istinadən cümə axşamı səhər verdiyi xəbərə görə, Benet “hazırda ən çətin vəziyyətdə olduqlarını, müharibədə məğlubiyyətə tərəf getdiklərini və beynəlxalq sanksiyalar və təcridlə üzləşdiklərini” bildirərək deyib: Hal-hazırda 120 israilli hələ də girov (əsir) olaraq qalır, minlərlə ailə matəmə qərq olub, Əl-Cəlil (Qalileya) boşaldılıb, minlərlə insan köçkün düşüb, lakin bu vəziyyətdə belə israilli nazirlər yalnız özlərini düşünürlər və biz iqtisadiyyata nəzarəti itirmişik və büdcə kəsirimiz var.
Sionist rejimin keçmiş baş naziri vurğulayıb ki, biz indi quyuya düşmüşük və məni narahat edən yeganə şey yerləşimçilərin işğal olunmuş torpaqları tərk etmələri ilə bağlı dedi-qodularıdır.
Sonda o, sionistlərdən işğal olunmuş Fələstini tərk etməmələrini və orada qalmalarını istəyib.
Sionist rejimin heç bir nəticə və nailiyyət olmadan Qəzza zolağına hücumundan təxminən 9 ay keçdikdən sonra bu rejim günü-gündən daha çox daxili və xarici böhranlara batmaqdadır.
Bu müddət ərzində sionist rejim bu bölgədə cinayət, kütləvi qırğın, dağıntılar, hərbi cinayətlər, beynəlxalq qanunların pozulması, yardım təşkilatlarının bombalanması, qıtlıq və aclıqdan başqa heç nəyə nail olmayıb.
İsrail rejimi gələcəkdə heç bir qazanc əldə etmədən bu müharibəni uduzmuş, hətta təxminən 9 ay keçməsinə baxmayaraq, illərdir mühasirədə olan kiçik bir ərazidə müqavimət qruplarını təslim olmağa məcbur edə bilməmiş və bu müharibənin dəstəyi ilə Qəzzada açıq cinayətlər törətdiyi üçün dünya ictimai rəyini itirdi.
Sizin rəyiniz